Uurqvay millisinin hücumçusu Luis Suarez İtaliya ilə oyunda Corco Kyellinini dişlədiyi üçün FIFA tərəfindən ağır cəzaya məruz qalıb.
İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu Suaresi 9 oyunluq diskvalifikasiya edib. Bundan əlavə forvard 4 ay futboldan uzaqlaşdırılıb və 200 min İsveçrə frankı məbləğində cərimələnib. Futbolçu apellyasiya vermək hüququna malikdi. O, qeyd olunan müddətdə məşqlərdə iştirak edə və stadionlarına baş çəkə bilməyəcək.
Əgər qərar dəyişdirilməsə o zaman Suares yalnız oktyabrın sonunda meydana çıxacaq.