Türkiyənin “Qalatasaray” klubu ilk transferini reallaşdırıb.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, “Aslan” “Bursaspor”un aparıcı futbolçusu Sərdar Azizi heyətinə qatıb. Futbolçu yeni klubu ilə qışda müqavilə imzalayacaq.
Bu transferin “Qalatasaray”a 6 milyon türk lirəsinə başa gəldiyi bildirilir.