Müsahibə

Lənkəran səfəri öncəsi həyacan siqnalı: “Xəzər Lənkəran”ı məğlub etməliyik, yoxsa…” – MÜSAHİBƏ

AZAL-ın futbolçusu Cavid Tağıyev idmanxeber.com saytına verdiyi müsahibədə “Qəbələ” ilə oyunu dəyərləndirib, qarşıdakı “Xəzər Lənkəran”la matça toxundu.

– Cavid, Qəbələ səfərindən xal gətirə bilməməyinizə nə mane oldu?

Çətin oyun oldu. Qol imkanlarımızdan istifadə edə bilməməyimiz sonda qapımızda top görməyimizə səbəb oldu. 

– Premyer Liqaya yaxşı start götürmüşdüz. Ancaq indiki vəziyyətdə AZAL üçün qələbə qazanmaq demək olar ki, bir arzuya çevrilib.

Keçən il də belə olmuşdu. Səbəbini heç özümüz də bilmirik. İnanın ki, komandamız qələbə üçün əlindən gələni edir. Artıq “qara zolaq”dan çıxmaq vaxtıdır.

– Bu tur Lənkərana gedəcəksiz. “Xəzər Lənkəran”ın indiki durumuna görə, siz ordan xal gətirə bilərsiz.

Lənkəran səfəri hər zaman çətin olur. Yeni baş məşqçiləri var və bizə qarşı ciddi hazırlaşdıqlarını bilirik. Bizim məqsədimiz qalib gəluib “qara zolaq”dan çıxmaqdı. Yoxsa aşağılara doğru yuvarlanacayıq. 

– Yeni baş məşqçi “Xəzər Lənkəran”ı sizinlə oyuna çıxarmayacaq. Onların indiki durumu sizə nə dərəcədə kömək edə bilər?

Mustafa Dənizli bu oyunda komandanın başında olmasa da, yeni gələn çalışdırıcıya görə, futbolçular əllərindən gələni edəcəklər ki, onun rəğbətini qazansınlar. Biz “Xəzər Lənkəran”dan heç bir şey gözləməməliyik. Çıxıb mübarizə aparıb, qalib gəlməliyik.

– Lənkəran səfərində hansı nəticəyə ümid edrisiz?

Biz keçən il orada bir dəfə qalib gəlib, birində də heç-heçə etmişdik. İnanıram ki, bu dəfə də qalib gələ bilərik.

Azər Axundlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43