"Qalatasaray"ın təcrübəli futbolçusu Yekta Kurtuluş "Trabzonspor"a icarəyə verilib.
İdmanxeber.com-un "NTV spor"a istinadən verdiyi xəbərə görə, o, mövsüm sonuna qədər Trabzon təmsilçisində top qovacaq.
Qeyd edək ki, Yekta "Qalatasaray"a 2010/2011-ci ilin qış fasiləsində "Kasımpaşa"dan gəlmişdi.