Azərbaycan II Liqasında çıxış edən “Şəfa” klubu maliyyə dayağlarını daha da gücləndirib.
İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt təmsilçinin rəhbərliyi əl dəyişdirib. Ev oyunlarını “ASK Arena”da keçirən komandanı “MY GROUP Holding” şirkəti öz himayəsinə götürüb. Tərəflər arasında ötən günlərdə anlaşma əldə olunub.
Sözügedən şirkətin və komandanın sahibinin planları genişdi. “MY GROUP Holding” “Şəfa”nın əvvəlki əzəmətini qaytarmaq niyyətindədi. Yeni sponsor klub üçün normal vəsait ayırmağı planlaşdırır ki, “Şəfa” yeni mövsümdən daha iddialı bir duruma gəlsin.
Qeyd edək ki, paytaxt təmsilçisi hazırda II liqada 13-cü yerdə qərarlaşıb.