“Bakı” klubunun prezidenti Hafiz Məmmədov İngiltərənin köklü klublarındna olan “Şeffild Uensdey” klubunu alıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə ingilis klubunun direktoru Milan Mindoriç məlumat verib.
“Lans” klubunun da sahibi olan Məmmədov yeni komandasının tam sahibi olmaq üçün İngiltərə Futbol Liqasının təsdiqləmə xəbərini gözləməlidi.
Qeyd edək ki, “Şeffild Uensdey” İngiltərə birinci divizionunda mübarizə aparır.