"Yuri Syominin potensialı tükənməyib. O, Azərbaycana pul dalınca gedib".
Bu sözləri Moskva “Spartak”ının sabiq hücumçusu Valeri Reynqold deyib.
Veteran futbolçu"Qəbələ"nin baş məşqçisinin ölkəmizdə işləməkdən məmnun olduğunu bildirib:
"Syomin Rusiyada iddialı komandalardan təklif gözləyirdi, amma səs-sorağ çıxmadı. Azərbaycanda ona yaxşı imkan yaratdılar və yaxşı pul verdilər. Ancaq bu ölkənin çempionatı bərbad gündədi".