Ölkə futbolu

“Böyük oyun”: Boykot edən kim, “Bizə hər yer Lənkəran” deyən kim

Premyer Liqanın XII turu çərçivəsində noyabrın 2-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" matçı bəlkədə son illərin ən maraqsız "Böyük oyun"u olacaq.

Məlum Lənkəran qalmaqalından sonra bu iki klub arasında baş tutacaq oyunları AFFA-nın qərarı ilə qonaq azarkeşlər izləməyəcək ki, belə olacağı halda Cənub klubunun fanatları "Bakcell Arena"da keçiriləcək derbiyə klublarının formasında, baxa bilməyəcək, banner açıb, fakel yandıra bilməyəcəklər. Onılar yalnız adi geyimdə stadiona təşrif buyurub, bu matçı izləyə bilərlər.

Matça marağın böyük olacağını nəzərə alıb hər iki klubun azarkeş qrupları ilə əlaqə saxlamaq qərarına gəldik. 

"Neftçi"nin "Forza" azad azarkeş qrupunun rəhbərlərindən olan Oktay Ağazadə idmanxeber.com-a verdiyi məlumata görə, "Böyük oyun"a heç bir hazırlıq görülmür və bu matçda hər hansı banner açmayacaqlar. Yəni sadə oyunlara necə, bu matça da eləcə…

"Xəzər Lənkəran"ın "CaspianUltras" fan klubunun rəhbəri Ramal Novruzov isə sadəcə bir kəlmə deyərək, bu matça gedəcəklərinə işarə vurub: "Bizə hər yer Lənkəran".

"Neftçi"nin digər fan-qrupu olan "NeftçiMania" isə komandalarının oyunlarını boykot edib. Buna səbəb dəmir barmaqlıqlar arasında olan Zaur Ərəbovun azad edilməsi yolunda rəhbərliyin heç bir kömək göstərməməsidi. 

"Xəzər Lənkəran"ın "Green Gate2" azad azarkeş qrupunun rəhbəri Əmrəli Hüseynli isə "Böyük oyun"da qonaq azarkeşlərə qoyulan qadağaya görə getmək istəmədiklərini, ancaq qərarsız oldulqlarını bildirib:

"Adi azarkeş kimi gedib oyunu izləmək istəmirik. Çünki biz fanatıq. Ancaq qərara görə də, qalmışıq belə… 10 fanatımızın adı "qara siyahı"dadı. Bu dəfə də saxlasalar… Bilmirik hələ…"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43