19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının gürcü əsilli üzvü Nino Qurqenidzenin bir müddət öncə ağır xəstəliyə düçar olması ilə bağlı məlumat vermişik.
İdmanxeber.az-ın məlumatına görə, Moskva “Spartak”ın yarımmüdafiəçisi, hazırda icarə əsasında “Krılya Sovetov”da çıxış edən Cano Ananidze həmyerlisinin müalicə xərclərini öz üzərinə götürüb. Həmyerliləri sosial şəbəkədə 24 yaşlı futbolçuya təşəkkür ediblər.
Qeyd edək ki, Qurqenidze 2016-cı ildən aşağı yaş qrupları üzrə yığmalarımıza dəvət alır.