08 Sentyabr 2024
İdman

Stadnik yarımfinala çıxdı

Azərbaycanın daha bir qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində çıxışını başa vurub.

İdmanxeber.az məlumat verir ki, o, 57 kq çəki dərəcəsində 1/4 finaldan mübarizəyə qoşulub.

İdmançı ilk görüşündə Ukrayna təmsilçisi Alina Akobyaya 0:10 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.

Daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Azərbaycan qadın güləşinin lideri olan Mariya Stadnik (50 kq) isə yarımfinala yüksəlib. 50 kq çəki dərəcəsində mübarizə aparan titullu idmançı 1/4 final mərhələsini asanlıqla keçib. Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43