Cəza səbəbindən “Neftçi”yə “İnter”lə matçda kömək edə bilməyən Saşa Stamenkoviç meydanda olmasa da, tribunadan komandasına dəstək olub.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun serbiyalı qapıçısı “Neftçi” azarkeşlərinə qatılaraq, onlarla birgə “ağ-qaralar”a səsləndirdiyi şüarla dəstək olub.
Qeyd edək ki, “Neftçi” iki görüşün nəticəsinə görə, “İnter” səddini aşaraq, yarımfinalda “Rəvan”a rəqib olub.