Dünyadan

FLAŞ! “Qalatasaray”ın yay transfer bombası bəlli oldu

İngiltərənin “Çelsi” klubunun hücumçusu Fernando Torres yayda “Qalatasaray”da çıxış edə bilər.

İdmanxeber.com “goal.com”-a istinadən xəbər verir ki, yayda azı bir ulduz futbolçu transfer etmək niyyətində olan “Cim-Bom”un bu transfer üçün “Çelsi”ylə ortaq məxrəcə gəldiyi bildirilir. Didye Droqbanın da yayda “aslan”dan ayrılmaq istəməsi bu keçidin baş tutacağından xəbər verir. Əgər Droqba yayda “Qalatasaray”ı tərk etsə, o zaman “cim-bom” onun boşluğunu ispan forvardla dolduracaq. 

İspan forvardla Premyer Liqa klubları da yaxından maraqlanır. Ancaq “Çelsi” onu İngiltərədəki rəqiblərinə satmaq niyyətində deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43