18 Sentyabr 2024
Ölkə futbolu

“Strategiyanın müsbət tərəfini növbəti illərdə görəcəyik” – Sərxan Hacıyev

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, qurumun baş katibi Sərxan Hacıyev tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. 

“Bir sıra məsələlər müzakirə olundu. İlk növbədə lisenziyalaşdırma qaydaları ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Həmin qaydalar yaxın günlərdə klublara göndəriləcək. Oktyabrda lisenziyalaşdırma mövsümünün açılış iclası keçiriləcək. Həmin iclasda da sözügedən qaydalarla bağlı lisenziyalaşdırma qrupu ilə bağlı ətraflı məlumat veriləcək. Həmçinin, İcraiyyə Komitəsinə AFFA-nın yeni strategiyasının yazılması ilə bağlı hazırkı vəziyyətə uyğun olaraq məlumat verildi. Layihə rəhbəri Elçin Məmmədov tərəfindən məlumat verildi. Növbəti məsələlərdən biri də aşağı yaş qruplarından ibarət yığma komandalara məşqçilərin təyinatı gündəmdə idi. İlk növbədə komandalarda olan məsələlər müzakirə olundu, hesabat dinlənildi. Üstəlik, məşqçilərlə 2025-ci il yanvarın 1-nə kimi müqavilə müddəti artırıldı. İntizam Komitəsi ilə bağlı müzakirələrimiz də oldu. Müzakirədə İntizam Komitəsinə müfəttəiş təyin olundu. Müzakirə olunmayan mövzular növbəti iclaslarda müzakirə ediləcək”.

– Klublara ayrılan vəsaitlər və qadın liqası haqda yenilik var?

– Bunlar növbəti iclasda müzakirə olunacaq.

– Təsdiq olunan müfəttiş AFFA-da işləyən insandır, yoxsa kənardan dəvət olunub?

– Xeyr, AFFA-nın daxilindən deyil. Nizamnaməyə görə, AFFA-ya aidiyyatı olmayan adam olmalıdır. Bu mənada, AFFA və futbolla bağlı adam deyil. Ən yaxın zamanda AFFA-nın rəsmi saytında bununla bağlı aşıqlama veriləcək.

– Lisenziyalaşdırma ilə bağlı dəyişikliklər hansı zərurətdən irəli gəldi?

– Lisenziya mövsumündə müəyyən məsələlər ortaya çıxır. Elə məsələlər var ki, lisenziyalaşdırma qaydalarında nəzərə alınmayıb. Məsələn, ötən il ilk dəfə idi ki, Birinci Liqa klubları lisenziyalaşdırma prosesindən keçirdi. Bu dövrdə müəyyən məsələlər meydana gəlirdi ki, lisenziyalaşdırmada ümumiyyətlə öz əksini tapmayıb. Buna uyğun əlavələr olundu. Hər il UEFA tərəfindən müəyyən bəndlər, tövsiyyələr, tələblər olur.

nəzərə alındı. Onun da uşaq və gənclər futbolu ilə bağlı müəyyən qeydləri, fikirləri var idi. Bir az öncə qeyd etdiyimiz kimi, strategiyamızın yazılmasında onun da qeydləri nəzərə alınacaq.

– Tənqidləri normal qəbul edirsiz?

– Hər birimiz normal yanaşmalıyıq. Yanaşırıq da. Sağlam tənqid olarsa, təbii ki. Tənqidlər müəyyən sərhədləri keçmirsə, ona normal yanaşmalıyıq.

– AFFA-nın büdcəsi azalıb, ya artırılacaq?

– Bu dəqiqə bununla bağlı məlumat verə bilmərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43