Almaniyanın “Ştutqart” klubunun idman direktoru Sven Mislintat braziliyalı futbolçu Ailton Silva Ferreiranın “Qarabağ”a icarəyə verilməsi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi 24 yaşlı sol cinah müdafiəçisinin oyun praktikası qazanması üçün icarəyə verildiyini deyib:
“Sol cinahda rəqabətli durumdur. Ailtonu gələcək yeni üçün komandamızda görürük, ancaq oynamaq şansının az olduğunu düşündük. Bu səbəbdən də oyunçu ilə hər iki tərəfi qane edəcək şərti müzakirə etdik və icarəyə verilməsinə qərar verdik. Ailtonun inkişafını diqqətlə izləyəcəyik və ona uğurlar arzulayırıq”
Qeyd edək ki, “Qarabağ” Ailtonu bir illik icarəyə götürüb.