Ölkə futbolu

“Sumqayıt” Rusiya klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” son yoxlama oyununu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, komanda Rusiya klubu “Krılya Sovetov”la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Sabah isə “Sumqayıt” ölkəyə qayıdacaq.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv Antalyada “Radnik”ə 2:1 qalib gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43