Ölkə futbolu

“Qarabağ” italiyalı hücumçu ilə maraqlanır

İtaliyanın “Audako Çerinyola” komandasının hücumçusu Cankarlo Malkore karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az tanınmış jurnalist  Nikola Skiraya istinadən bildirir ki, “Qarabağ” futbolçunun xidmətində maraqlıdır.

30 yaşlı forvard Ağdam klubu ilə yanaşı, İtaliyanın SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol) və Rumıniyanın ÇFR klublarının da diqqət mərkəzindədir.

Qeyd edək ki, “Audako Çerinyola” komandasında 55 oyuna 46 qol vurub. Klub hazırda C Seriyasında mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43