Kateqoriyasız

“Sumqayıt” “Bakı” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının növbəti turunda doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda milli komandaların oyunları səbəbindən yaranan fasilə zamanı yoxlama matçı keçirəcək. “Sumqayıt”  1-ci divizion təmsilçisi “Bakı” ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 14-də “Kapital Bank Arena”da baş tutacaq. Oyun saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43