Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Sumqayıt”ın hazırlıq planı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “Report”a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.
O bildirib ki, komanda yanvarın 16-da yola düşəcək və Antalyanın Side bölgəsindəki “The Sense Deluxe” hotelində məskunlaşacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda 3 yoxlama görüşü keçirəcək. Artıq sparrinq rəqiblərdən ikisi məlumdur. “Sumqayıt” yanvarın 1-də Qazaxıstanın “Ural”, 22-də isə İranın “Sepahan” komandaları ilə görüşəcək. Digər rəqibin kimliyi isə hələ dəqiqləşməsə də, görüşün yanvarın 19-da keçiriləcəyi məlumdur.
Qeyd edək ki, komanda yanvarın 23-də vətənə qayıdacaq. “Sumqayıt” 2016-cı ilin ilk görüşünü yanvarın 30-da səfərdə “Neftçi”yə qarşı keçirəcək.