2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
İdmanxeber.az xəbər verir ki, ötən mövsümü “Ankara Keçiörengücü” klubunda keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı” və “Ankara Keçiörengücü” klublarının şərəfini qoruyub. O, milli komandanın heyətində də 3 oyunda meydana çıxıb.