Topaz Premyer Liqasının 3-cü turuna bu gün keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vuruldu. Rəqibini 2-1 hesabı ilə məğlub edən “Sumqayıt” turnir cədvəlində 6-cı pilləyədək irəlilədi.
İdmanxeber.com sizi oyunsonrası məşqçi fikirləri ilə tanış edir.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Bu gün nə meydana, nə də rəqibin oyun üslubuna alışa bilmədik. Ötürmələrdə qeyri-dəqiqlik çox idi. “Sumqayıt”ın emosional hazırlığı yüksək səviyyədə idi”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Sonadək bizə dəstək oldular. Futbolçular verilən tapşırıqları yerinə yetirə bildilər. Hesab arasındakı fərq daha böyük ola bilərdi”.