Xəbər verdiyimiz kimi, Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, qonşu ölkədə 5 yoxlama oyunu keçirəcək Aqil Məmmədovun komandasının daha iki rəqibi müəyyənləşib.
Belə ki, komanda iyulun 23-də Türkiyə 1-ci liqa təmsilçisi “Manisaspor”, 25-də isə Türkmənistan klubu “Altın Asır”la qarşılaşacaq.
Xatırladaq ki, komandamız iyulun 17-də İranın “İstiqlal Əhvaz”, 20-də isə Özbəkistan çempionu “Bunyodkor”la üz-üzə gələcək.