16 Fevral 2025
Ölkə futbolu

“Zirə” “Sumqayıt”ı darmadağın etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun gündə bir matç keçirilib. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib.

7 oyundu qələbə üzünə həsrət qalan Vaqif Cavadovun yetirmələri bu qarşılaşmada da meydanı məyus tərk edib – 0:3. Bununla da komandanın qələbəsizlik seriyası 8 oyuna çatıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək. 

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

15 fevral

19:00. “Sumqayıt” – “Zirə” 0:3

Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43