“Sumqayıt”ın yeni transferi komanda ilə məşqlərə başlayıb
İdmanxeber.az-ın məlumatına görə, qış fasiləsində Təbrizin “Maşınsazi” klubundan “kimyaçılar”a transfer olunan Peyman Babayinin zədəsi sağalıb. Son oyunlarda adı iştirak ərizəsinə salınmayan futbolçunun tam sağaldığı, baş məşqçinin şans verməsi təqdirdə qarşıdakı “Zirə” oyununda oynaya biləcəyi bildirilib.
“Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması bazar günü saat 18:30-da başlayacaq.