Azərbaycan Premyer Liqasının 4-cü turunda elitanın debütantı “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandanın oyunları səbəbindən Liqada yaranmış fasilə ilə əlaqədar olaraq Aqil Məmmədovun komandası “İnter”lə yoxlama oyunu keçirməli idi.
Lakin bu oyun müəyyən səbəblərdən baş tutmayacaq. Belədə “Sumqayıt” Birinci divizion təmsilçisi “Qaradağ Lökbatan” ilə qüvvəsini sınayacaq. Sentyabrın 2-də keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın 4-cü turunda “Zirə” ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də keçiriləcək.