İdman

“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşdi

“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşib. 

İdmanxeber.com-un Sport24.az-a istinadən verdiyi məlumata görə, bu, Nazim Süleymanovdu.

53 yaşlı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb və onunla anlaşma əldə olunub.

Süleymanov məhz Sumqayıtda dünyaya gəlib və futbolda ilk addımlarını bu şəhərdə atıb. Son olaraq U-19 yığmamızda baş məşqçi olan təcrübəli mütəxəssis klublarımızdan “Xəzər Lənkəran”ı, AZAL-ı və “Neftçi”ni çalışdırıb. O, 2 müxtəlif vaxtda rəhbərlik etdiyi Lənkəran klubunun ilk baş məşqçisi kimi tarixə düşüb.

 

Qeyd edək ki, “Sumqayıt”ın baş məşqçi postu son turda istefa verən Samir Abasovun gedişindən sonra boş idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43