İdman

Azərbaycan – Macarıstan: hakim təyinatları açıqlandı

“Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan U-21 – Macarıstan U-21 sabah saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43