İdman

UEFA Əliyar Ağayevi kursa çağırdı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və birinci kateqoriyaya daxil olan hakimlər üçün kursa dəvət alıb.

İdmanxeber.com-un məlumatına görə, o, avqustun 1-də start götürəcək kursda ilk dəfə iştirak edəcək.

Əliyar Ağayev bir neçə gün əvvəl UEFA tərəfindən birinci kateqoriyalı hakimlər siyahısına daxil edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43