03 Oktyabr 2024
Dünya futbolu

Super Liqa klubunda yeni baş məşqçi

Türkiyə Super Liqasında çıxış edən “Kayserispor”un yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” Sinan Kaloğluna tapşırılıb. 43 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Xatırladaq ki, Kayseri klubu ötən günlərdə baş məşqçi Burak Yılmazla yollarını ayırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43