Ölkə Superkubokunun Naxçıvanda keçiriləcəyi artıq hər kəsə məlumdur.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, əzəli rəqiblərin dueli günorta saatlarında keçiriləcək.
Bu barədə xəbəri PFL-in mətbuat xidmətindən də, təsdiqləyiblər.
Bundan əlavə blokada şəraitində olan şəhərdən matçın canlı yayımlanacağı artıq dəqiqləşib. Əgər hər hansı bir problem çıxmayacağı halda, matç İdman Azərbaycan telekanalı və ya AzTV vasitəsi ilə azarkeşlərə canlı yayımla nümayiş etdiriləcək.
Qeyd edək ki, Superkubok matçı oktyabrın 23-də, İbrahimxəlil Axundlu stadionunda keçiriləcək.