“Qəbələ” qışda Azərbaycan səviyyəsində supertransfer həyata keçirə bilər.
Yuri Syominin başçılıq etdiyi komanda İspaniya La Liqasında çıxış etmiş Teofanis Gekasla yaxından maraqlanır.
“Konyaspor”da forma geyinən yunan futbolçunun meneceri də bu haqda Gekası məlumatlandırıb. Əgər tərəflər razılığa gələ bilsə, qışda Teofanisi “Qəbələ”də görə bilərik.
Qeyd edək ki, Gekas indiyədək Yunanıstanın “Larissa”, “Kallitea”, “Panatinaikos”, Almaniyada “Bohum”, “Bayer”, “Herta”, “Ayntraxt” (Frankfurt), İngiltərədə “Portsmut”, İspaniyada “Levante”, Türkiyədə isə “Samsunspor”, “Akhisar Bələdiyəspor” və “Konyaspor” klublarında forma geyirib. Yunanıstan yığmasında 68 oyun keçirən forvard 24 qola imza atıb. 2004/05 mövsümündə Yunanıstan çempionatında, 2006/07-də Almaniya Bundesliqasında bombardir olan Gekas DÇ-2010-un seçmə mərhələsinin də ən sərrast oyunçusu olub.
rekord.az