“Həm “Lex”, həm də “Qarabağ” yüksək keyfiyyətlərə malik komandadır”.
İdmanxeber.az-ın məlumatına görə, bunu İsveçrə “Sürix”inin baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis ötən mövsüm “Qarabağ”ın UEFA Konfrans Liqasında qrup mərhələsindən pley-offa vəsiqə qazandığını və Azərbaycan miqyasında uğurlar əldə etdiyini xatırladıb. O, Polşa və Azərbaycan təmsilçiləri barədə məlumatlar toplayaraq, ətraflı analizlər aparacaqlarını, oyunlarını canlı izləyəcəklərini və növbəti mərhələyə çıxmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, “Qarabağ” – “Lex” cütünün qalibi ilk oyununu 19/20 iyulda evdə, cavab görüşünü 26/27 iyulda səfərdə keçirəcək.