Antalyada hazırlıqlarını davam etdirən Bakının “İnter” klubunun düşərgəsinə yeni oyunçu qoşulub.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə. bu Rikardo Kavalkate Mendesdi.
24 yaşlı Braziliyalı futbolçu “bankirlər”in ilk yoxlama matçında özünü yaxşı tərəfdən göstərə bilsə Kaxaber Sxadadzenin “hə”sini eşidəcək.
Qeyd edək ki, Rikardinyo kimi tanınan futbolçunun son iş yeri “Şerif” olub. Braziliyalı forvard burada 14 oyunda 3 qol vurub. Forvard Moldovadan başqa Polşa klublarının da şərəfini qoruyub.
Polşa mətbuatının yazdığına görə, Rikardinyonun keçidi “Şerif”ə 350 min avroya başa gəlib.