04 Oktyabr 2024
Dünya futbolu

Təcrübəli hücumçu ilə yeni müqavilə imzalandı

Argentinanın “Boka Xuniors” klubu hücumçusu Edinson Kavani ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı futbolçu ilə 2025-ci ilin dekabrına kimi müqavilə imzalanıb.

Təcrübəli forvard bu müqavilədən sonra karyerasını bitirməyi də planlaşdırır. 

Qeyd edək ki, Kavani 2023-cü ilin yayında “Boka Xuniors”a qoşulub. O, burada 43 oyun keçirib və 20 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43