Millimizin üzvü Təmkin Xəlilzadə mövsümün sonuna qədər “Sabah”ın heyətindən kənarlaşdırılıb.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb.
Futbolçu yığmanın da şərəfini qoruduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.