22 Dekabr 2024
Ölkə futbolu

“Buraxılan qolar barəsində bəzən ağlımıza çox şey gəlir” – Tərlan Əhmədov

“Rəqibi təbrik edirəm. Çempionluq yolunda vacib qələbə qazandılar. Etdiyimiz səhvləri bizi yenə də məyus edir. İlk qoldan sonra qapıçımızın zədələnməsi yaxşı olmadı. Çünki çox ağır zədə idi. Onsuz da kifayət qədər zədəli oyunçumuz var. Onu da itirmək istəmirik. Hazırda qapıçımız xəstəxanadı. Onun burnu və gözaltı sümüyündə sınıq var. Əks təqdirdə qarşıdakı oyunları bir qapıçı ilə yola verməli olacağıq. Psixoloji cəhətdən komandanı hazırlaya bilmirik. Oyunda ikinci hissədə baş verənlər bizdə başqa fikirlər formalaşdırır. Hər halda, çalışırıq ki, sonuncu yerdən qurutulaq”.

Bu sözləri “Keşlə”nin baş məşqçidsi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində səfərdə keçirilən “Qarabağ” matçı sonrası deyib. Təcrübəli mütəxəssis daha sonra tribunaya göndərilməsi barədə danışıb:

“Şahin Zəkiyevə olan zərbəyə etiraz etdim. Daha sonra Kamaraya göstərilən sarı vərəqəyə. Biz də futbol oynamışıq. Orada heç bir sarı vərəqə yox idi. Bu qərarlar niyə verilir, bilmirəm. Bunları araşdıracağıq. Qapıçımıza qarşıq ayda pozuntusdu var idi. Hakim önü görməli idi və qol qeydə alınmamalı idi.

Mitroviç ikinci hissə yorğun görünürdü. Ona görə onu meydandan çıxartdım. Nədənsə, son oyunlar buraxdığımzı bütün qollar ikinci hissədə olur. Nə baş verir, bilmirəm. Bəzən çox şey fikirləşirik. Başımıza 10-15 fikir gəlir. Niyə biz ancaq ikinci hissədə qollar buraxırıq ? Mənim yerimə başqa biri də olsa, ağlına çox fikir gətirər. Bu baxımdan problem yaşayırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43