“Qəbələ” “Dinamo” səddini keçərək tarixind ilk dəfə Avropa Liqasında mübarizə aparmaq şansı qazandı.
Klubun prezidenti Tale Heydərov matçdan sonra idmanxeber.com-a bunları dedi:
“Fəxr edirik. İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Son dəqiqələrdə hamımız çox həyəcanlı idik. Çox sevindirici hal oldu ki, iki qol vurduq. Qələbə çox gözəl oldu. Bundan sonra da transferlər olacaq. Bir neçə oyunçu transfer etmişik. Ehtiyac olarsa yenə transferlər edərik”.