Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Krasnodar”la səfərdə qarşılaşacaq “Qəbələ”yə daha bir dəstək klub prezidenti Tale Heydərovdan gəlib.
Klubdan İdmanxeber.com-a verilən məlumata görə, “Kuban” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:005-də başlayacaq qarşılaşmanı T.Heydərov canlı olaraq stadiondan izləyəcək.
Qeyd edək ki, PAOK-la matçda da T.Heydərov komandanı yalnız buraxmamışdı.