22 Dekabr 2024
Kateqoriyasız

“Təəssüf ki, yenə arxayınlıq yarandı” – Şahin Diniyev

Oyun gərgin keçdi, meydançada mübarizə var idi. Daha çox istəkli olan qələbə qazandı. Sanki matçın əvvəlində bizdə müəyyən rahatlıq vardı. Düzdür, oyundan öncə futbolçularla bu barədə danışmışdım, amma, təəssüf ki, yenə həmin arxayınlıq yarandı”.

Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

“Düzdür, oyunu demək olar ki, hücumda keçirdik. Amma nəticədə biz məğlub olduq və bundan sonra bütün gücümüzü çempionata qoyacağıq. “Xəzər Lənkəran”ı təbrik edirəm. Durumları yaxşı olmasa da, yaxşı futbol oynayıb qələbə qazandılar” – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43