Türkiyə Superliqasının XXVIII turunda “Fənərbaxça”nın qonağı olan “Qalatasaray” heç-heçə edərək (1:1), çempionluq yolunda ciddi zərbə alıb.
Oyunsonrası mətbuat konfransında Terim hakimlik barədə sərt danışacağı təqdirdə cəzalandırılacağını bildirib:
“Həmin epizodu hamı gördü. Bu peşə qorxaqların işi deyil. Cərimə zərbəsi rəqibə görə dəyişmir, hamıya görə eynidi. Hakimin qoldan sonra danışmağı, gözləməyi özü nəyinsə olduğunu göstərir. Xal itirən kimi, Fatih Terimi günahlandırırlar. Boş yerə cəza alıb komandamı pis vəziyyətdə qoymaq istəmirəm. Biz bu mövsüm belə şeylərə öyrəşdik. Yaxşı, Mehmet Topalın hərəkəti nə idi? Bir komandanı azlıqda qoyub, sonra bərabərlik yaransın deyə belə haqsızlıq etmək olar? Açıq şəkildə meydandan kənarda baş verənlərlə mübarizə aparırıq. Deməli, hakimi də məğlub etməliyik”.