22 Dekabr 2024
Kateqoriyasız

Tərlan Əhmədov 50-yə çatdı

Azərbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. 
 
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb. 

Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun komandası 44 qol vurub, 64-nü buraxıb. 2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidir.  

Belə ki, 11-ci mövsümdür Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü – Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43