26 Dekabr 2024
Ölkə futbolu

Tərlan Əhmədov: “Komanda da qalıb-qalmayacağıma şura qərar verəcək”

"Siz bu iki komanda arasında hər zaman rəqbətçil oyunlara şahidlik etmisiz.İki fərqli hissə gördük. İlk yarıda oyunumu alınmadı. Ancaq ikinci hissədə isə öz oyunumuzu diqtə edə bildik. Qarşıda uzun marafon var. Diqqətimizi çempionat matçlarına yönəltməliyik".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib. Paytaxt klubunun çalışdırıcısı daha sonra istefaya göndəriləcəyi biləcəyi ilə bağlı gəzən söz-söhbətə aydınlıq gətirib: "Bu rəhbərliyin verəcəyi qərardı. Bizdə şura var və həmin şuranın iclasından sonra qərar veriləcək".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43