Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
İdmanxeber.az xəbər verir ki, 35 yaşlı qrossmeyster VI turda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gələcək. Rəcəbov bu partiyada ağ fiqurlarla mübarizə aparacaq.
Teymur I, III, lV, V turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Liren ilə heç-heçəyə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3,5 xala sahib Yan Nepomnyaşidir.
İddiaçılar Turniri
VI tur
Teymur Rəcəbov (Azərbaycan) – Rixard Rapport (Macarıstan)
Alireza Firuzca (Fransa) – Fabiano Karuana (ABŞ)
Hikaru Nakamura (ABŞ) – Dinq Liren (Çin)
Yan Nepomnyaşi (FIDE) – Yan-Kşiştof Duda (Polşa)
Xal durumu: Nepomnyaşi – 3,5, Karuana – 3, Nakamura, Rapport, Duda – 2,5 Liren, Rəcəbov, Firuzca 2.