Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub.
32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Vaşye-Laqrav 1/4 final mərhələsinin “tay-breyk”ində ermənistanlı Levon Aronyanı məğlub edib.
Teymur Rəcəbov 1/4 finalda ABŞ təmsilçisi Ceffri Syuna qalib gəlmişdi