Kateqoriyasız

Mübariz Mənsimov açıqladı: “Beşiktaş”ın prezidenti olur?

“Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbulun “Beşiktaş” klubuna prezident olacağına dair iddialar yayılıb.


“Beşiktaş” klubunda idarə heyətinin üzvü olan Mənsimov Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib.

“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satışa çıxarılan mal deyil. Prezident olacağıma dair iddialar da var… Mən sadəcə, “Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”, – deyə Mənsimov haqqında çıxan iddiaları təkzib edib.

İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43