İdman

Teymurun yarımfinaldakı rəqibi bəlli oldu

FutbolPressAzərbaycan şahmatçısı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub.

32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşacaq.

Vaşye-Laqrav 1/4 final mərhələsinin “tay-breyk”ində ermənistanlı Levon Aronyanı məğlub edib.

Teymur Rəcəbov 1/4 finalda ABŞ təmsilçisi Ceffri Syuna qalib gəlmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43