“Bavariya”nın baş məşqçisi Tomas Tuxel İngiltərədə çalışmaqda maraqlıdır.
İdmanxeber.az Almaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli müətəxəssis “Mançester Yunayted”ə rəhbərlik etməyə müsbət yanaşır.
Tuxel Erik ten Haq Premyer Liqa klubunun başından ayrılsa, karyerasını “Qırmızı şeytanlar”da davam etdirə bilər. Niderlandlı çalışdırıcının müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Bavariya” 50 xalla Bundesliqada 2-ci yerdədir. “Mançester Yunayted” 44 xalla Premyer Liqada altıncıdır.