21 Dekabr 2024
Kateqoriyasız

Topaz Azərbaycan Premyer Liqasının sponsorluğundan imtina etdi

“Topaz” Azərbaycan Premyer Liqasının sponsorluğundan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistləırə açıqlamasında bildirib.

O bildirib ki, avqustun 16-na – yeni mövsüm başlayana kimi sponsorluqla bağlı qərar qəbul olunacaq: “Topaz” sponsorluq etsəydi, həmin pulla klubları sevindirərdik”.

Qeyd edək ki, Topaz 2012-ci ildən Azərbaycan Premyer Liqasının sponsoru idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43