20 Sentyabr 2024
Ölkə futbolu

Toral Bayramov: “Keçmişdə Fransaya vurduğum qol yadıma düşdü”

“Yaxşı oynadıq. Plansız iki qol buraxdıq. Bizim vura bilmədiyimiz epizodlar var idi. Top dirəkdən qayıtdı, rəqibin qapıçısı yaxşı oynadı. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq. Özümüzə inanırdıq, istəyirdik. Layiq olduğumuz qələbəni qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Toral Bayramov Qazaxıstan görüşü (3:2) barədə danışarlən deyib. “Qarabağ”ın oyunçusu cərimə zərbəsindən vurduğu qoldan da söz açıb:

“Komandada cərimə zərbələrini mən və Emin Mahmudov yerine yetiririk. Məsafə uzaq idi. Emin topa yaxınlaşanda dedim ki, özümü yaxşı hiss edirəm, qapını yoxlayacam. O da etiraz etmədi. Keçmişdə Fransaya vurduğum qol yadıma düşdü. Ssenari eyni idi, amma nöqtələr fərqli idi. Əsas odur ki, qələbə qazandıq. Hamını təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43