Dünya futbolu

Avro-2024: açılış oyununda fransalı hakim

Avro-2024-ün açılış matçında keçiriləcək Almaniya – Şotlandiya görüşünü idarə edəcək hakimlərin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, matç fransalı referilərə tapşırılıb. Qarşılaşmanın baş hakimi Klemen Turpene Nikolas Danos və Benjamin Peycs kömək edəcək.

Dördüncü hakim funksiyasını Fransua Leteksye yerinə yetirəcək.

Almaniya – Şotlandiya qarşılaşması iyunun 14-də Bakı vaxtilə saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43