“Xəzər Lənkəran” qış transfer dönəmində bir futbolçu ilə yollarını ayıra bilər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu Nikola Qliqorovdu.
Cənub klubunun baş məşqçisi Con Toşakın istəyi ilə Lənkərana gətirilən Makedoniya millisinin oyunçusu artıq bu klubdan ayrılmaq üçün transfer pəncərəsini gözləyir. “Ağ-yaşıllar”a transferindən bu yana heç də yaxşı oyun sərgiləməyən makedoniyalı Toşakın “qara siyahı”sına düşüb.
Bunun məntiqi nəticəsi kimi Qliqorov son 6 turda cəmi 12 dəqiqə meydanda olub.